AZ

Məşhur aktrisadan Serenay Sarıkaya ilə bağlı etiraf

Məşhur aktrisadan Serenay Sarıkaya ilə bağlı etirafGül Onat uzun müddət gözdən uzaq yaşadıqdan sonra qatıldığı proqramda keçmiş həmkarı Serenay Sarıkaya ilə bağlı diqqətçəkən açıqlamalar verib. Onat Sarıkayanın karyera yüksəlişini təqdirlə izlədiyini bildirib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, ustad aktrisa Gül Onat qatıldığı televiziya proqramında bir müddət birlikdə rol aldığı Serenay Sarıkaya ilə bağlı diqqətçəkən açıqlamalar verib. Ötən illərdə məşhur seriallara çəkilən Onat 2010-2014-cü illər arasında yayımlanan "Lale Devri" serialının çəkiliş meydançasında xatirələri ilə bağlı səmimi etiraflar edib.

Onat Sarıkayanın aktyorluğa ilk addım atdığı zaman yaşadığı narahatçılığı bu sözlərlə dilə gətirib: "Lalə Devrində Serenay Sarıkayanı izləyərkən əvvəlcə onun kifayət qədər təmkinli olduğunu düşündüm. Hətta öz-özümə dedim ki, "Bu qızı haradan tapıblar, vay bizim ahlımıza".

Bununla belə, Onat Sarıkayanın hər bölümdə nümayiş etdirdiyi inkişafla onu təəccübləndirdiyini və aktrisanın istedadlarına heyran olduğunu da əlavə edib: "İndi onunla fəxr edirəm, karyerasında böyük irəliləyiş əldə edib".

Onat çəkiliş meydançasında Sarıkayaya "ördək" dediyini və ona kiçik ördək fiqurlarını hədiyyə etdiyini də paylaşıb və Sarıkaya ilə səmimi münasibətinə toxunub. O, Sarıkayanın "Lale Devri" serialında Yeşim Taşkıran obrazını canlandırdığını, özünün isə İkbal İlgaz rolunda tamaşaçılar qarşısına çıxdığını xatırladıb.

Vüsalə İbrahimli

Seçilən
50
sonxeber.az

1Mənbələr