AZ

İsrailin “Dəmir Qübbə”si olduğu kimi, Türkiyənin “Polad Qübbə”si yaradılacaq

“Neçə gündür beynəlxalq və yerli mediada Türkiyənin yeni yaradacağı silahla bağlı müzakirə gedir. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğan son çıxışlarının birində hava hücumundan müdafiə sisteminə yeni silah qatacaqlarnı söyləyib. O, bəyan edib ki, İsrailin “Dəmir Qübbə”si olduğu kimi, Türkiyənin isə “Polad Qübbə”si yaradılacaq”.

“İstənilən ölkənin təhlükəsizlik sistemində hava hücumundan müdafiə kompleksi mühüm əhəmiyyət daşıyır. Türkiyənin də “Polad Qübbə” olaraq açıqladığı hava müdafiə sistemi bir neçə raketlərin inteqrasiyasını nəzərdə tutur. Ümumilikdə fərqli yüksəkliklərdə havadan müdafiə sistemlərinin birlikdə çalışdığı kompleks olaraq nəzərdə tutulan “Polad Qübbə” bir neçə eşelonda, fərqli hava müdafiə komplekslərinin eyni sistemdə inteqrasiyalı bir şəkildə çalışması, ölkənin ortaq hava müdafiəsi arxitekturasının formalaşdırılması, onlayn rejimdə fəaliyyət göstərən idarəetmə mərkəzləri tərəfindən hazırlanır. Bu müdafiə sisteminin yaradılmasında Türkiyənin tanınmış şirkətlərinin, o cümlədən ASELSAN-ROKETSAN-TÜBİTAK SAGE ortaqlığı tərəfindən çox önəmli və türk dünyası üçün vacib əhəmiyyət daşıyan layihə artıq həyata keçirilməkdədir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert qeyd edib ki, son beş ildə Türkiyə hava hücumundan müdafiə sahəsində çox böyük nailiyyətlər əldə edib.

“Əvvəlki illərdə yalnız aşağı və orta yüksəklikdə hava hücumundan müdafiə sistemləri mövcud idi. Artıq bu məsələdə həm Türkiyənin sahib olduğu peyklər, həm yüksək hündürlükdə fəaliyyət göstərən PUA-lar, həm də yüksək hündürlükdə bütünləşmiş bir hava hücumundan müdafiə kompleksini qurmaq üçün Türkiyənin əlində böyük imkanlar cəmləşib. Təbii ki, belə bir sistemin qurulması həm Türkiyə üçün, həm onun müttəfiqləri xüsusilə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Hazırda “Polad Qübbə”nin çəkindirmə gücü hesab olunan “Siper” raketlərinin ilk versiyası Türkiyənin hava hücumundan müdafiə qoşunlarının silahlanmasına qəbul edilib.“Siper Blok II” üzərində isə çalışmalar davam edir. Yaxın perspektivdə başqa və daha uzun mənzilə malik başqa raketlərdə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcək”.

Seçilən
56
aznews.az

1Mənbələr