AZ

“Sosial müdafiə siyasətinin həyata keçirilməsində ictimai iştirakçılığın rolu” mövzusunda ictimai dinləmə keçirilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Nazirlik yanında İctimai Şuranın üzvlərinin və digər QHT-lərin nümayəndələrinin iştirakı ilə “Sosial müdafiə siyasətinin həyata keçirilməsində ictimai iştirakçılığın rolu” mövzusunda ictimai dinləmə keçirilib.

Tədbirdə əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya sahələrində aparılan islahatlar, həssas qruplarla bağlı sosial müdafiə və aktiv məşğulluq proqramları barədə məlumat verilib. 

İctimai Şuranın sədri, professor Elşad Məmmədov Nazirlik tərəfindən aparılan islahatlar, sosial müdafiə tədbirlərini təşkilində ictimai iştirakçılığın təmin edilməsindən bəhs edib, bu sahədə görülən işlərin, həmçinin davamlı olaraq keçirilən belə ictimai dinləmələrin əhəmiyyətini vurğulayıb.

Aparılan sosial islahatlara, həssas qruplarla, o cümlədən şəhid ailələri və müharibə iştirakçıları, əlilliyi olan şəxslərlə bağlı icra olunan layihələrə dair müzakirələr aparılıb, tədbir iştirakçılarının rəy və təklifləri dinlənilib.

Seçilən
61
2
qht.az

3Mənbələr