Ölkənin şərq və cənub bölgələrini, xüsusilə də İspaniyanın şərqindəki Valensiya bölgəsini vuran sel və daşqınlarda ölənlərin sayı 140-a yüksəlib.İspaniyanın rəsmi xəbər agentliyi EFE hökumət mənbələrinə istinadən sel fəlakətində ölənlərin sayının 140-a yüksəldiyini, əksəriyyətinin Valensiyada olduğunu açıqlayıb.Xəbərdə hələ də çox sayda itkin düşdüyü vurğulanıb və ölənlərin sayının artacağından narahatlıq var.Müdafiə Nazirliyi də hazırda təbii fəlakət bölgəsində 1064 əsgərin axtarış-xilasetmə işlərində çalışdığını və çoxlu sayda insanın itkin düşdüyünü açıqlayıb.Mənbə: AA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta