"S&P Global" analitiklərinin proqnozlarına görə, bu il ABŞ sakinləri şokoladın qiymətlərinin artması səbəbindən "Halloween" konfetlərinə rekord məbləğ - 4,1 milyard dollar xərcləyəcəklər.
Valyuta.az bu barədə "The Wall Street Journal"a istinadən xəbər verir.
Bir ailənin bayram üçün şirniyyata xərcləməsi təxminən 30,89 dollar olacaq. Bununla belə, "Halloween" konfetlərinin faktiki alışlarının son iki il ərzində müvafiq olaraq 10.0% və 3.7% azalmasından sonra bu il 2.4% artacağı gözlənilir.
Birjada kakao paxlasının qiyməti ilin əvvəlindən təxminən 52% artıb. Beləliklə, yanvarın 1-də əmtəə 4,8 min dollara satılıb, dekabrın 30-da kakao fyuçerslərinin bağlanış qiyməti 7361 dollar olub. Bunu "ICE Futures"in məlumatları sübut edir.
Paşa Məmmədli