Tərcüməçi Sevil Gültən xarici mənbələrdən mətbəxtə daha çox vaxt keçirən xanımlar üçün faydalı ola biləcək bəzi məsləhətlər toplayıb, tərcümə edib. AFN.az həmin məsləhətləri təqdim edir:1. Yumurta qaynadarkən suya bir az duz töksəniz qabığı çatlamaz və tez soyular.2. Heç vaxt sitrus meyvələrini (portoğal, limon, laym və sair) və pomidoru soyuducuya qoymayın. Aşağı temperatur onların ətrini və dadını yox edir. 3. Yemək bişirərkən düyü yanarsa ağ çörək dilimlərini 5-10 dəqiqə yeməyin üstünə qoysanız yanmış düyünün iyini götürər. 4. Təzə acı bibəri doğramazdan əvvəl əlinizə azacıq bitki yağı çəkin ki, bibər əlinizi yandırmasın.5. Yumurtanın təzə yaxud köhnə olduğunu bilmək istəyirsinizsə yumurtaları bir qab suyun içinə qoyun, suyun dibinə çökən yumurta təzədir, əgər suyun üzünə çıxırsa köhnədir.6. Mətbəxinizdə qarışqa varsa onun hansı tərəfdən çıxdığını müəyyən edin, həmin yerə vazelin sürtün. Qarışqalar vazelinin üstündən keçib getmir. Əgər qapının altından keçib gəlirsə, döşəməyə təbaşirlə xətt çəkin. Kiçik cücülər də təbaşir xəttini keçməyəcək.7. Bananı başqa meyvələrlə birgə vaza qoymayın. Bananı ayrı qaba qoyun. Çünki banan özündən qaz ifraz edir, bu da başqa meyvələri (banan özü də daxil) tez yetişdirir. 8. Kartofun torbada cücərməsinin qarşısını almaqdan ötrü onun yanına bir alma da qoyun. 9. Əgər evdə qonaqlıdan sonra şərab qalıbsa, onu atmayın, soyuducuda buzqabına qoyun, sonra buz kubiki formasında olanda sousa əlavə edin. Əla dad verir.10. Kartofu yaxud makaronu qaynadandan sonra suyunu atmayın, soyuyandan sonra ev bitkilərini sulayın. Həmin suyun tərkibindəki qida maddələri bitki üçün faydalıdır.11. Soyuducudan əti götürəndən sonra üstünə bir az sirkə tökün, ətin buzu tez açılacaq.12. Aluminium qazanlar köhnə görünürsə, içində alma qabıqları qaynadın. Qazan parıldayacaq.13. Duz bərkiyirsə qabın içinə bir neçə düyü atın, düyü nəmişliyi özünə çəkəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta