AZ

Avropa Azərbaycanla qaz təminatı ilə bağlı razılaşma sazişinə yaxındır –Ukrayndan keçən qazı kim daşıyacaq?

Avropalı alıcılar Rusiya ilə Ukrayna arasında ilin sonunda tranzit müqaviləsinin müddəti başa çatdıqdan sonra qitəyə təbii qazın axmasını saxlamaq üçün Azərbaycanla kommersiya razılaşmasına yaxınlaşırlar.

Azpost.info bildirir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Məlumatlı mənbələr bildirib ki, Macarıstan və Slovakiya şirkətləri Azərbaycandan ildə 12-14 milyard kubmetr qazın tədarükü ilə bağlı müqaviləni imzalamağa yaxındırlar. Bu qaz hazırda Rusiya qazını Ukrayna ərazisindən Avropa Birliyinə daşıyan eyni boru kəməri şəbəkəsi ilə tədarük olunacaq.

Bu təchizat hazırda Avropanın tranzit müqaviləsi ilə əldə etdiyi daşımaları effektiv şəkildə əvəz edəcək. Müqavilədə Azərbaycan və Rusiya arasında svop sazişi nəzərdə tutulmalıdır. Çünki Azərbaycanın mövcud tədarükləri əvəz etmək üçün kifayət qədər ixrac gücü yoxdur.

Avropanın qazı danışıqlarında irəliləyiş xəbərləri ilə qazın qiyməti  8,1%  enib.

Hələ yekunlaşmamış sövdələşmə, bazarda son dəyişkənlikdən sonra qiymətlərin dalğalanmasını saxlamağa kömək edə bilər. Aİ-nin icraedici qolu olan Avropa Komissiyası bildrib ki, tranzit sazişinin vaxtı başa çatdıqdan sonra regionun enerji təhlükəsizliyinin risk altında qalmayacaq. Slovakiya və Avstriya boru kəməri ilə Rusiyadan idxalı davam etdirən Avropa ölkələri sırasındadır.

Kommersiya sazişinə əsasən, Azərbaycanın dövlət enerji şirkəti SOCAR qazı Rusiya-Ukrayna sərhədindəki Sucaya çatdıracaq. Daha sonra Macarıstanın MVM Zrt. və Slovakiyanın “Slovensky Plynarensky Priemysel AS” şirkəti idarəetməni öz üzərinə götürəcək və qazı Avropaya gətirəcək.

İstənilən kommersiya sazişi Ukrayna hakimiyyətinin siyasi dəstəyinə ehtiyac duyacaq.

Ukraynanın dövlət enerji şirkəti Naftogaz məlumatı şərh etməyib. Ukraynanın Qaz Ötürmə Sistemi Operatoru şərh verməkdən imtina edib.

Avstriyanın OMV AG şirkəti tədarük müqavilələrini şaxələndirdiyini və Rusiyadan qaz tədarükü dayandırılsa belə, yanacağı müştərilərinə çatdırmağa davam edə biləcəyini bildirib. Rusiyanın “Qazprom” şirkəti şərh verməkdən imtina edib.

Müharibədən əvvəl Qazprom Avropanı qazının üçdə birindən çoxu ilə təmin edirdi, lakin o vaxtdan region tədarükün şaxələndirilməsinə keçib. Aİ indi daha çox digər mənbələrə, o cümlədən Norveç, Şimali Afrika, Azərbaycan və qlobal bazardan mayeləşdirilmiş təbii qaza arxalanır.

 

Azpost.info

Seçilən
64
12
azpost.info

10Mənbələr