Kilian Mbappenin Stokholm otellərinin birində nömrəsində təşkil etdiyi eyş-işrət məclisinin təfərrüatı haqda məlumat ortaya çıxıb.
Arena.az “Aftonbladet” dərgisinə istinadən məlumat verir ki, məclisin təfərrüatı haqda orada iştirak etmiş xanımlardan biri söhbət açıb.
Xatırladaq ki, bundan əvvəl, İsveç polisi Mbappe və dostlarının Skandinaviya ölkəsinə səfəri zamanı məskunlaşdıqları, Stokholmun mərkəzindəki otellərin birində zorlama şikayəti əsasında təhqiqata başlayıb. Şikayətçinin kimliyi istintaq maraqları çərçivəsində gizli saxlanılır.
“Biz gələndə xidmətçi qadın əlində zərf və qələmlə orada dayanmışdı. Bu, əslində ilk dəfə idi. Mən əvvəllər də oxşar məclislərdə olmuşam və heç vaxt telefonumu təhvil verməmişəm. Bu, adi hal deyil. Bir çox qızlar Mbappe olduğuna görə əsəbi idilər. Bu, həqiqətən də adi bir axşam məclisi kimi hiss edilirdi. Əslində xüsusi bir heç nə baş vermir, hamı gəzir, ünsiyyət qurur, danışır. Xidmətçi xanımlar içki ilə gəlirlər. Biri durub rəqs edir, digəri dayanıb danışır. Bu, həqiqətən adi bir ev şənliyi kimi hiss edilir.
Mən Kilianı tanımıram, amma onun haqqında təəssüratım o idi ki, o, həmişə çox sakit, təvazökar, səliqəli və hər zaman nəzarət altındadır. Ətrafı həmişə onu diqqətlə izləyirdi. Bu, mənim nöqteyi-nəzərimdir və əgər bunlar saxta ittihamlardırsa, onda mənim ona çox yazığım gəlir, amma yenə deyirəm, əgər həqiqətən də nəsə baş veribsə, bu, dəhşətlidir”, deyə xanım vurğulayıb.
Xatırladaq ki, Mbappenin adı açıqlanmayan xanım tərəfindən zorlamada ittiham edilməsi üzrə iş hazırda İsveç hüquq-mühafizə orqanlarının nəzarətindədir. Mbappe öz adi həyatına davam edir, amma bu məsələ ilə bağlı fəsadı Kilian vəkili çözməklə məşğuldur. Hadisələrin inkişafı gözlənilir.