ABŞ-ın Kolorado ştatının Denver şəhərindən olan 7 yaşlı modelyer Maks Alexander tarixdə moda nümayişi keçirən və öz işini ölkə daxilində nümayiş etdirən ən gənc uşaq olub.
Sfera.az bildirir ki, uşaq dünya məşhurları, xüsusən də Şeron Stoun üçün paltar hazırlamaq üçün sifarişlər alır.
Maks dörd yaşından paltarlar dizayn edir, tikir və satır. O, eskizləri şəxsən özü hazırlayır və baxışlarını həyata keçirmək üçün modelləri, vizajistləri və bərbərləri özü seçir.
"Dörd yaşım olanda valideynlərimə bunu etmək istədiyimi dedim və zaman keçdikcə daha da peşəkar oldum".
Maksın anası rəssam Şerri Medison ilk manekenini hazırlayıb, 2022-ci ildə uşaq tikiş dərsləri almağa başlayıb. O vaxtdan bəri gənc dahi “People” jurnalına müsahibə verib, “Good Morning America” səhər tok-şousunda çıxış edib və hətta Şeron Stoun kimi məşhurlar üçün geyim dizaynı sifariş alıb.
Öz işini təqdim etmək imkanı onun bacarıqlarını, biliyini və üslub hissini təkmilləşdirmək üçün çoxillik əməyinin kulminasiyası olub. Şouya hazırlıq bir neçə həftə çəkib, bu zaman böyük bir peşəkar qrup onunla birlikdə iştirak edib.
Yeri gəlmişkən, vunderkind uşağın böyük ambisiyaları və gələcək planları var:
“Mən tam hüquqlu geyim dizayneri ola bilərəm - zəhmətdən qorxmuram, Ginnesin Rekordlar Kitabına düşmək mənim üçün son dərəcə vacibdir .”
Balaca dərzinin unikallığı və yaradıcılığı anası tərəfindən idarə olunan “İnstaqram” hesabında artıq 3 milyondan çox izləyicinin diqqətini çəkib.
Aysel
Sfera.az