«Qarabağ»ın kapitanı Bədavi Hüseynov saytımıza maraqlı etiraf edib.
12 ildir «köhlən atlar»ın şərəfini qoruyan müdafiəçi Avropa Liqasının Liqa mərhələsinin «Ayaks»la üçüncü tur matçından sonra Qurban Qurbanovun paltardəyişmə otağında onlara nə söylədiyini açıqlayıb:
«Qurban Qurbanov çox əsəbi idi? Belə deməzdim.
Baş məşqçi dedi ki, sizi bu cür üzgün görmək istəmirəm. bizə xatırlatdı ki, hələ qarşıda 5 oyun var və onlara hazırlaşmalıyıq.
Tapşırdı ki, qollarımızı vaxtından əvvəl yanımıza salsaq, daha pisi ola bilər».
Avroliqanın yeni formatı Azərbaycan çempionu üçün düşərli olmayıb. Ağdam təmsilçisi «Tottenhem» və «Malmö»nün ardınca, Bakıda «Ayaks»a da uduzub.