AZ

Xırdalanda yaşayış binasında YANĞIN: İki təcili tibbi yardım briqadası CƏLB OLUNUB


Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt avtomobil yolunun 7-ci km-də yerləşən 11 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib. 

Yanğında xəsarət alanların olub-olmaması ilə bağlı TƏBİB-dən News24.az-a açıqlama verilib. 

Qurumdan bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 20:00 radələrində Abşeron rayonu, Gənclər şəhərciyi ərazisində binanın yanması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.

Hələ ki müraciət qeydə alınmayıb.


Seçilən
48
news24.az

1Mənbələr