AZ

Pakistan Prezidentinin Dubayda ayağı sınıb

Pakistan Prezidenti Asif Əli Zərdari oktyabrın 30-da Dubay Beynəlxalq Hava Limanında təyyarədən enərkən yıxılıb və ayağını zədələyib.

Musavat.com xəbər verir ki, “Dawn” qəzetinin prezident katibliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlət başçısı dərhal xəstəxanaya çatdırılıb. Tibbi müayinələrdən sonra onun ayağının sındığı müəyyən edilib və ayağına gips qoyulub.

Həkimlər prezident Zərdariyə tam istirahət məsləhət görüb və dörd həftə müddətində gips taxmalı olacağını bildiriblər. 

 

Musavat.com

Seçilən
36
29
musavat.com

10Mənbələr