AZ

İsveçin kraliçası olacaq, amma hərbi təlimdə iştirak edir (FOTO)

İsveçin vəliəhd şahzadəsi Viktoriya kraliça kimi vəzifələrinə hazırlaşmaq üçün hərbi təlim keçib.

Qaynarinfo xəbər verir ki, İsveç Silahlı Qüvvələrinin paylaşdığı görüntülərdə 47 yaşlı şahzadənin çətin hərbi təlim proqramına qatıldığı görüntülənib.

İsveç vəliəhd şahzadəsi Viktoriya gələcəkdə kraliça olmaq üçün müxtəlif təlimlər keçir. Nəhayət, şahzadənin hərbi təlim keçdiyi görüntüləri İsveç Silahlı Qüvvələri tərəfindən ictimaiyyətlə paylaşılıb. 47 yaşlı şahzadə çətin hərbi təlim proqramına qatılıb və forma geyinib, silaha sarılıb. Təlimi başa vuran Viktoriya həm nəzəri, həm də praktiki kurslar keçib.
 


İsveç Silahlı Qüvvələri şahzadənin təhsilini əks etdirən görüntüləri ictimaiyyətlə paylaşaraq Viktoriyanın dövlət başçısı olmağa hazırlaşdığına diqqət çəkib.

Qeyd edək ki, Rusiyanın Ukraynanı işğal etməsindən və mart ayında NATO-ya üzv olduqdan sonra İsveç milli təhlükəsizlik siyasətini dəyişib. Ölkə artıq NATO-nun rəsmi üzvüdür.
 


Qeyd edək ki, Viktoriya (tam adı - Viktoriya İnqrid Alice Desiree Bernadotte) Kral XVI Karl Qustafın böyük övladı kimi İsveç taxt-tacının varisidir. O, gözlənildiyi kimi taxta çıxsa, İsveçin dördüncü və 1720-ci ildən bəri ilk hökmranlıq edən kraliçası olacaq.

Viktoriya 14 iyul 1977-ci ildə Stokholmda kral XVI Karl Qustav və kraliça Silviyanın ilk övladı olaraq anadan olub. 1979-cu ildə bir qardaşı olsa da, vəliəhd şahzadə elan edilib. O, taxt sıralamasında birinci yeri tutur.  Viktoriyanın 12 yaşlı qızı və 8 yaşlı oğlu var.

Aydın
Seçilən
43
qaynarinfo.az

1Mənbələr