AZ

Mahir Emreli “instaqram”da: “Bu, biz irəli aparmır”

“Nürnberq”in hücumçusu Mahir Emreli dünən Almaniya kubokunun 1/16 finalında “Hoffenyam”a qarşı keçirilən oyun (1:2) barədə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin 27 yaşlı üzvü özünün İnstaqram səhifəsindəki paylaşımında yazıb:

“Dünənki gün haqda çox danışa bilərik. Amma bu, biz irəli aparmır.

Komandamızla fəxr edirəm. Final fitinə qədər mübarizə apardıq.

Bundan sonra da uğur qazanmaq üçün səylə çalışacağıq. Fantastik dəstəyiniz üçün təşəkkür edirik”.

M.Emreli “Nürnberq” ilə "1+1" illik müqavilə imzalayıb. Forvard II Bundesliqada keçirdikləri son iki qarşılaşmada qol vurub.

Forvard IX turda "Qroyter Fyurt"a qalib gəldikləri (4:0) matçda hesabı açıb. O, "Reqensburq"u 8:2 hesabı ilə üstələdikləri görüşdə isə ikinci qolun müəllifi olub.

Seçilən
46
sportinfo.az

1Mənbələr