AZ

İspaniyada ölənlərin sayı 158 nəfərə çatıb

İspaniyada yağışlar nəticəsində ölənlərin sayı 158 nəfərə çatıb.


News365.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.


Bildirilib ki, təkcə Valensiyada 155 nəfər ölüb. Daşqınlar Valensiyada yol infrastrukturuna ciddi ziyan vurub, nəticədə 60-dan çox yol bağlanıb.


Genişmiqyaslı xilasetmə işləri davam edir. Sinoptiklər xəbərdarlıq edirlər ki, ən çox zərər çəkmiş bəzi ərazilərdə daha da güclü leysan gözlənilir.


Qeyd edək ki, İspaniya hökuməti təbii fəlakət qurbanları üçün üç günlük rəsmi matəm elan edib.

Seçilən
52
news365.az

1Mənbələr