Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, son parlament seçkilərində ciddi pozuntuları göstərən hər hansı fakt yoxdur.
APA xəbər verir ki, hökümət başçısı bunu “Imedi” telekanalına müsahibəsində deyib.
“Bu seçkilərdə nəinki saxtakarlıqdan söhbət getdiyini, hətta ciddi qanun pozuntusunun ola biləcəyini göstərən hər hansı fakt yoxdur”, - Kobaxidze vurğulayıb.