Bakı. Trend:
Nazir bildirib ki, iqlim dəyişikliyi iqtisadiyyatın hər sahəsinətəsir edir və buna uyğunlaşmağı vacib sayır. O, ölkənin yenidənqurulması prosesində baş verən dəyişikliklərin nəzərə alınmasının,müasir texnologiyalardan istifadənin önəmli olduğunu vurğulayıb.Qrinçuk, artıq qlobal məqsədin müəyyən edildiyini, Ukraynanın yaşılyolla bərpa ediləcəyini qeyd edib.
Trend-inməlumatına görə, o, bu yaşıl bərpanın necə baş verəcəyinə dairkonkret həllərin birgə işlənməsinin lazım olduğunu bildirib. Bu,Bakıda keçiriləcək COP29-da Ukraynanın işinin və danışıqlarınınəsas mesajlarından biri olacaq.
Nazir, "Bu platformada biz Ukrayna mühitinin məruz qaldığıitkilər və iqlim dəyişikliyi ilə qlobal mübarizə prosesini müzakirəetməliyik" deyib. O, Ukraynanın pavilyonunda müzakirələraparılacağını və həll yollarının işlənib hazırlanacağını bildirib.Qrinçuk, COP-un yalnız iqlim məsələləri ilə məhdudlaşmadığını,geniş miqyaslı bütün kritik ekoloji problemlərin müzakirə edilməsiüçün bir platforma olduğunu vurğulayıb.
Nazirin sözlərinə görə, Ukrayna COP29-da digər iştirakçılarlaiqlim maliyyələşdirilməsi üçün qlobal mexanizminin işlənibhazırlanmasını müzakirə edəcək. "Ukraynanın səsi bu məsələdəeşidilməlidir. Biz bərpa olunmağa, uyğunlaşmağa və bu ədalətsizmüharibədə sağ qalmağa kömək edəcək maliyyə alətlərinə çıxış əldəetməliyik," - deyə Qrinçuk əlavə edib.