AZ

Gürcüstanın Baş naziri: Müxalifət parlamentin işini uzun müddət sabotaj edə bilməyəcək

Gürcüstanda müxalifət parlamentin işini uzun müddət sabotaj edə bilməyəcək, çünki bunun üçün resursları yoxdur.

APA xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze Gürcüstanın “Imedi” telekanalına müsahibəsində deyib.

Gürcüstan hökumətinin başçısı həmçinin əmin olduğunu bildirib ki, yaxın aylarda Gürcüstanda siyasi hadisələr sakit məcrada inkişaf edəcək.

Kobaxidzenin sözlərinə görə, hakimiyyətin bir çox hüquqi rıçaqları var və bunun sayəsində onlar gürcü müxalifətçilərinin parlamentin işini sabotaj etmək cəhdlərini neytrallaşdıra biləcəklər.

Seçilən
72
50
apa.az

10Mənbələr