AZ

Azərbaycanlı tələbəyə həbs hökmü verildi

Moskva məhkəməsi İbrahim Orucovu paytaxtda terrorizmi öyrətməkdə və terror aktı hazırlamaqda ittiham edərək 16 il müddətinə azadlıqdan məhrum edib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Moskva prokurorluğunun Telegram kanalında məlumat yayılıb.

Müəyyən edilib ki, Orucov 2022-ci ilin aprelindən 2023-cü ilin noyabrınadək Ukraynanın “Azov” və “Sağ sektor” millətçi təşkilatlarının tərəfdarı olmaqla, terror fəaliyyəti həyata keçirmək üçün təlim keçib.

Xüsusilə, müttəhim silahla davranma və partlayıcı maddələrin hazırlanması qaydalarını öyrənib və ötən ilin noyabrında Moskvada yandırmağı planlaşdırdığı hərbi komissarlıqlardan birinin ərazisində kəşfiyyat aparıb.

Xəbər 4 dəfə oxunub.
Seçilən
47
xezernews.az

1Mənbələr