Bakı. Trend:
İsrail ordusunun Livanın şərqindəki Baalbek şəhəri yaxınlığındaşiə Hizbullah təşkilatının şübhəli hədəflərinə endirdiyi havazərbələri nəticəsində 7 nəfər həlak olub.
Trend-in Naharnetxəbər portalına istinadən verdiyi məlumata görə, Douris bölgəsinəedilən hava hücumları nəticəsində həmçinin 14 nəfər yaralanıb.
Şahidlərin bildirdiyinə görə, İsrail ordusunun sözçüsü X-də(keçmiş Twitter) yerli əhaliyə qarşıdan gələn hava reydləri iləbağlı ərəbcə xəbərdarlıq etdikdən sonra Baalbek və ətraf bölgələrinəksər sakinləri evlərini tərk ediblər.
On minlərlə qaçqın şəhərin şimalında yerləşən Deyr əl-Əhmarbölgəsindəki xristian kəndlərinə sığınıb.
Həmçinin, Livanın cənubunda İsrail ordusu tərəfindən cümə axşamıgünü Tir liman şəhəri yaxınlığındakı Fələstinin Rəşidiyyədüşərgəsinin sakinlərinə də oxşar xəbərdarlıq göndərilib. Busəbəbdən qaçqın axını Livan-İsrail sərhədindən 50 km aralıdayerləşən Avali çayı üzərindən Səidə tərəf yönəlib.