AZ

Yunan polisi yanğınsöndürənlərin aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Bakı. Trend:

Yunan polisi, İqlim Böhranının İdarə Edilməsi və Mülki MüdafiəNazirliyinin qarşısında etiraz edən mövsümi yanğınsöndürənlərinmitinqini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Trend-inməlumatına görə, Afina Makedoniya Xəbər Agentliyi bu barədə xəbərverib.

Yaz-payız yanğın təhlükəsi dövrü üçün mövsümi müqavilə ilə işəgötürülən yanğınsöndürənlər, nazirliyin yaxınlığında 12 aymüddətinə müddətli əmək müqaviləsi bağlanması tələbi ilə aksiyakeçiriblər. Axşam saatlarında nazirliyin binasına daxil olanyanğınsöndürənlər, binanın simvolik zəbtini həyata keçirib. Buvəziyyətə reaksiya olaraq polis nümayişçiləri dağıtmaq üçüngözyaşardıcı qazdan istifadə edib. Yanğınsöndürənlər də polisəmüxtəlif əşyalar atıblar. Polis, həmin yerdə prospekt boyu hər ikiistiqamətdə nəqliyyatın hərəkətini kəsib.

Yanğınsöndürənlər yayımladıqları bəyanatda, 4000 boş iş yerininolduğu bir ştatda daimi işə götürülmələrini tələb ediblər. Onlar,yanğın mövsümündə işlərinin bitmədiyini bildirərək, “Bu, il boyufasiləsiz intensivliklə davam edir. Bu işi mövsümi işə götürənlərinköməyi ilə etmək olmaz, yalnız daimi təlim keçmiş kadrlarla həyatakeçirmək olar”, - deyə vurğulayıblar.

Seçilən
71
az.trend.az

1Mənbələr