AZ

Payız-qış dövründə hansı bal növləri istehlak edilməlidir?

“Rossiya 1” telekanalının “Ən vacibi haqqında” sağlamlıq verilişində payız və qış aylarında hansı bal növlərinə üstünlük verilməli olduğu sualı verilib.

Reabilitasiya həkimi Sergey Aqapkin bu suala birmənalı şəkildə cavab verib: istənilən, ancaq təbiiliyinə əmin olmaq şərti ilə.

O əlavə edib ki, tək növlü bal demək olar ki, yoxdur. Nadir hallarda bir yerdə çoxlu çiçək açan bitkilərdən yığılır. Məsələn, qarabaşaq yarması kimi. Yaxud bəzi arıçılar pətəklərini xüsusi mobil platformalara yerləşdirir və onları müxtəlif əkin sahələrinə aparırlar. Bu vəziyyətdə tək növlü bal mümkündür. Digər hallarda bu, real deyil.

“Alınan təmiz balı bir qayda olaraq, çeşidli adlandırmaq olar. Bu, onun faydalı xüsusiyyətlərini azaltmır”, -deyə mütəxəssis fikrini tamamlayıb.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
86
ikisahil.az

1Mənbələr