İsrail ordusu ötən gün Livandan ölkəyə atılan raketlərin sayını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Hizbullah” təşkilatının yaraqlılarının İsrailə qarşı 90-a yaxın raket atdığı məlum olub.
“İsrail ordusu İsraili və onun xalqını “Hizbullah”ın təhdidlərindən qorumağa davam edəcək”, - açıqlamada qeyd olunub.