AZ

"İşin görünməyən tərəfi bizim məşqçilərdir"

"Nəticə qazanmaq üçün bizə gözəl şərait yaradılıb.

Məhz bunun məntiqi sonluğudur ki, təkcə güləş üzrə yox, idmanın bütün növlərini təmsil edən həmvətənlərimiz ölkəyə parlaq nəticələrlə qayıdırlar".

Sportinfo.az xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) deyib.

"Bu gün təkcə özümün yox, eləcə də yığmanın qələbəsinə görə sevinirəm. Çünki tarixdə ikinci dəfə komanda hesabında çempion olduq.

Mənim dördüncü dəfə mundialın qalibi olmağım da Azərbaycan güləş tarixində yeni rekord kimi tarixə düşdü. Əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm", - E.Əzizli bildirib.

32 yaşlı idmançı məşqçi heyətinə xüsusi təşəkkürünü bildirib:

"İşin görünməyən tərəfi bizim məşqçilərdir. Həm klub, həm də yığma komandanın məşqçi heyətinə təşəkkür edirəm".

E.Əzizli 2018, 2022 və 2023-cü illərdə də mundialın qalibi olub.

Seçilən
52
sportinfo.az

1Mənbələr