AZ

Azərbaycanlı yeni dünya çempionu: “Ümidim yox idi ki…”

"Məşqçilərimin, rəhbərliyin və xalqımın mənə olan inamını doğrultdum.

Hazırda Avropa və dünya çempionuyam. İnanıram ki, növbəti yarışlarda da uğurlarımın davamını gətirəcəm".

Sportinfo.az xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadə (72 kq) deyib.

İdmançı yarışdan əvvəl səhhətində problem yaşadığını bildirib:

"Yarış mənim üçün həqiqətən çox çətin keçdi. Buna görə də birinci olmaq ümidim yox idi. Lakin məşqçilərimin və federasiyanın dəstəyi sayəsində qızıl medala sahib oldum".

Azərbaycan millisi dünya çempionatında 85 xal toplamaqla komanda hesabında birinci olub.

Ü.Qənizadə bundan əvvəl 2023-ci ilin aprelində İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclərin Avropa birinciliyində qızıl medal qazanıb.

Seçilən
121
sportinfo.az

1Mənbələr