AZ

Nigeriyada üç ayda daşqınlar 321 nəfərin həyatına son qoyub

Bakı. Trend:

Nigeriyada silsilə daşqınlar nəticəsində 321 nəfər həlak olub,ölkənin 36 əyalətindən 34-də 1,374 milyon insan təsirlənib.

Trend Milliİqtisadiyyat Şurasına istinadən yazır ki, ümumilikdə təbii fəlakət217 yaşayış məntəqəsinə ziyan vurub.

Daşqınlar həm də dövlət və şəxsi əmlakın xeyli itkisi ilənəticələnib. 280 mindən çox yaşayış binası və 258 min hektar sahədəəkin sahələri məhv edilib.

2024-cü ildə təbii fəlakət təkcə ölkənin adətən güclü yağışyağan cənubunu deyil, həm də quraq və səhra şimalını da vurdu.Səlahiyyətlilər gələcəkdə daşqınların belə ağır nəticələrininqarşısını almaq üçün Nigeriyanın çaylarının, göllərinin və digər suobyektlərinin inventarlaşdırılmasını əmr edib.

Yağışlı mövsümün başa çatması Qərbi Afrikanın bir çox ölkəsindəgörünməmiş daşqınlarla nəticələnib. Nigeriya, Çad, Mali, Qvineya,Niger, Kamerun, Qana və Liberiyada 4 milyondan çox insantəsirlənib.

Mütəxəssislər dağıdıcı daşqınların səbəblərini qlobal iqlimdəyişikliyində görürlər. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)məlumatına görə, Saheldə orta temperatur digər ölkələrlə müqayisədəbir yarım dəfə daha sürətlə yüksəlir.

Seçilən
70
az.trend.az

1Mənbələr