AZ

Bakıda kiçik elektrikli nəqliyyat vasitələri üçün 211 parklanma yeri təyin edilib

Bakı şəhəri üzrə kiçik elektrikli nəqliyyat vasitələri üçün 211 parklanma yeri təyin edilib. Mərhələli şəkildə bu yerlərin sayının artırılması və nişanlanması planlaşdırılır.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdiyi ictimai dinləmədə qurumun mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov bildirib.

O, qeyd edib ki, bu məntəqələrin sayı artırılacaq.

“2024-cü ilin avqust ayında velosiped kirayəsi xidməti üçün 48 park yerində xüsusi konstruksiyalar və yol nişanları quraşdırılacaq.

Xidmətin təkmilləşdirilməsi məqsədilə operatorlarla daim görüşlər keçirilir,” - deyə o əlavə edib.

Fuad Mədətov
Fins.az

Seçilən
77
fins.az

1Mənbələr