AZ

Gürcüstan müxalifəti Tbilisidə etiraz aksiyası keçirməyə hazırlaşır

Gürcüstanın müxalifət partiyaları gələn bazar ertəsi, noyabrın 4-ü axşam saatlarında Tbilisinin Rustaveli prospektində etiraz aksiyası keçirməyə hazırlaşır. Siyasi qüvvələr qalmaqallı parlament seçkilərinin nəticələrinin ləğvini tələb edəcəklər.

Bu barədə“Güclü Gürcüstan” partiyasının liderlərindən biri Anna Dolidze cümə axşamı, oktyabrın 31-də birgə mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstan müxalifət qüvvələrinin aksiyası yerli vaxtla saat 19:00-da Tbilisinin Rustaveli prospektində baş tutmalıdır.

Aksiyada Gürcüstan Prezidentinin Nizamnaməsini imzalayan və ölkənin Mərkəzi Seçki Komissiyasının elan etdiyi seçkilərin nəticələrini tanımayan partiyaların iştirak edəcəyi gözlənilir.

Oxuməni.az

Seçilən
33
oxumeni.az

1Mənbələr