AZ

“Apple” daha çox gəlir əldə edib - iPhone, Mac və iPad satışları da artıb

İyul-sentyabr dövrünü maliyyə təqvimində dördüncü rüb olaraq qəbul edən Apple, balans hesabatını açıqlayıb.

Marja xəbər verir ki, şirkətin gəliri bu dövrdə illik müqayisədə 6 faiz artaraq 94,9 milyard dollar təşkil edib. Apple ötən ilin eyni dövründə təxminən 89,5 milyard dollar gəlir əldə etmişdi.

Apple-ın gəliri qeyd olunan dövrdə bazar proqnozlarını üstələyib.

Şirkətin xalis mənfəəti eyni dövrdə 35,8 faiz azalaraq 14,7 milyard dollar olub. Şirkət ötən ilin eyni dövründə 22,9 milyard dollar mənfəət açıqlamışdı.

Apple-ın səhmbaşına qazancı bu müddət ərzində 1,47 dollardan 97 sentə düşüb.

Bu müddət ərzində Apple-ın mənfəətinin azalmasına Avropada məhkəmə qərarı təsir edib və bu, şirkəti İrlandiyaya 14 milyard dollardan çox vergi ödəməyə məcbur edib.

iPhone, iPad və Mac satışları artıb

Bu dövrdə Apple-ın iPhone, Mac və iPad satışları artıb. İyul-sentyabr aylarında iPhone satışlarının məbləği illik 5,5 faiz artaraq 46,2 milyard dollar təşkil edib. Eyni dövrdə iPad satışları 7,9 faiz artaraq 6,9 milyard dollara, Mac satışları isə 1,7 faiz artaraq 7,7 milyard dollara çatıb.

satışlariPhone Mac iPad
Seçilən
68
37
marja.az

10Mənbələr