AZ

Azərbaycanda karbon vergisi tətbiq oluna bilər - İqtisadiyyat nazirinin müavini

Bir neçə il əvvələ qədər heç karbon vergisi səsləndirilmirdi, ya da yalnız spesifik ədəbiyyatlarda qeyd olunurdu. İndi isə bu məsələ gündəliyimizi məşğul edir.

Fins.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda bildirib.

Səməd Bəşirli qeyd edib ki, karbon vergisi bütün ölkələr tərəfindən tətbiq olunmağa başladıqda, Azərbaycanın fərqli davranmaq şansı olmayacaq:

"Bu, istər-istəməz real sektora təsir edəcək. Biz qlobal reallığı nəzərə almadan qlobal iqtisadiyyata inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərə bilmərik. Bu reallıqları nəzərə almaq məcburiyyətindəyik".

O, həmçinin əlavə edib ki, mövcud resurslarla maliyyə, investisiya və ticarət sahələrində təqdim edə biləcəkləri töhfələr aydındır, lakin bu töhfələr daha çox olmalıdır. Resursların məhdud olduğunu vurğulayan Bəşirli, bu sahələr arasında sinerjini artırmağın vacibliyini bildirib:

"Bu, çox gözəl və asan səslənsə də, bir o qədər çətindir. Bu, qlobal və milli səviyyədə səylərin səfərbər olunmasını tələb edir".

Seçilən
35
3
fins.az

4Mənbələr