AZ

Bizim.Media YAZDI – 4 ildir suya həsrət qalan Maştağa sakinlərinin problemi HƏLLİNİ tapdı

Sabunçu rayonu Maştağa qəsəbəsi, Məmməd Əbdülhəsənov küçəsinə illər əvvəl içməli su çəkidiyini, ancaq yaydan etibarən içməli suyun verilişinin dayandırıldığını dərc etmişdik. Belə ki, əraziyə 4 il əvvəl su çəkilib və sayğac quraşdırılıb. Amma ünvanda yaşayanlar içməli suya bu illər ərzində həsrət qalıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Maştağa sakinləri içməli suya HƏSRƏTDİRLƏR – Problem nə vaxt həllini TAPACAQ?


Bizim.Media məsələni ictimailəşdirəndən sonra sözügedən ünvanın içməli su problemi təmin olunub. Belə ki, şikayıtçi sakinlərin məlum problemi ilə bağlı sorğu ünvanladığımız İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ərazidə araşdıma aparıb və mövcud problemin həlli istiqamətində işlər görülüb.

Bu barədə Bizim.Media-ya elə qurumun özündən məlumat verilib.

Ancaq sakinlər deyir ki, su gəlsə də, təzyiq çox zəifdir.

Sakinlərin bu məsələsinə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən aydınlıq gətirilib:

“Həmin evlər elə bir ərazidə yerləşir ki, oraya su yüksək təzyiqdə göndərilir, təzyiq tam açılıb, ancaq maksimum belə olur. Maştağada hamının suyu 24 saat var. Amma həmin ərazidə relyef düz deyil deyə su az təzyiqdə gedir”,- deyə qurumdan qeyd edilib.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

Seçilən
53
bizim.media

1Mənbələr