AZ

Öz qapısındakı qoyunu kəsənlərə 5 min dollar CƏRİMƏ

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlayıb. Layihədə dönərin hazırlanmasını həyata keçirən iaşə obyektləri qarşısında yeni tələblər qoyulub. İlk növbədə, istifadə olunan ətlə bağlı qaydalar sərtləşdirilir.

Yeni qaydalar dönərxanalarda zəhərlən və keyfiyyətsiz ət istifadəsinin qarşısını alacaqmı?

OXU24.COM -a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hazırda AQTA ət sektorunun bir çox seqmentinə tam nəzarət edə bilmir:

“Ümumiyyətlə, hazırda heç bir mağazaya heç bir ərzaq məhsulu AQTA-nın sənədi olmadan daxil ola bilmir. Heç bir supermarket müvafiq sənədi olmayan heç bir məhsulu qəbul etmir. Eləcə də marketlərə daxil olan ətin hamısı AQTA-nın sənədi əsasında satışa buraxılır.

AQTA-ın tələbinə əsasən, əmtəə bazarında satılan bütün iri və xırdabuynuzlu heyvanlar onun müəyyən etdiyi yerlərdə kəsilməlidir. Mal baytar nəzarətindən keçirilməli və sənəd verildikdən sonra satış şəbəkələrinə gedə bilər. Lakin AQTA bazarın ət sektorunun bütün seqmentlərinə nəzarət edə bilmir. Çünki fərdi təsərrüfatlarda da vətəndaşlar öz heyvanlarını kəsir və istehlak edirlər”. 

Eyyub Hüseynov inzibati üsulların və cərimələrin heç nəyi dəyişdirməyəcəyini qeyd edib:

“AQTA nəzəri olaraq istəyir ki, Yeni Zellandiyadakı praktikanı tətbiq etsin. Həmin ölkədə əgər vətəndaş hətta öz qapısındakı qoyunu kəsərsə, 5 min dollar cərimələnir. AQTA Qərb ölkələrində tətbiq olunan qaydaları icra etmək istəyir, ancaq çox zəif addımlar atır. Bu hədəflərə çatmaq üçün insanların şüurunda dəyişklik edilməlidir. Ona görə də AQTA gərək bütün istehlakçıları özünün lobbiçilərinə çevirsin.

Bu məsələdə KİV-in müstəsna rolu var. Lakin buna nail olmaq mümkün olmayıb. Cərimələmə inzibati üsuldur. Mən isə dəfələrlə təklif etmişəm ki, z köməkləşib nümunəvi dönərxanalar yaradaq. Əhali bu dönərxanalara getsin və bazar üsulu ilə digərləri sıradan çıxsın. Təəssüf ki, heç kəs təşəbbüsə dəstək vermədi.

Bir sözlə, inzibati metod özünü doğrultmayacaq. Dönərxanalar istədiyi ucuz ətdən istifadəyə etməyə davam edəcək. Sonra qanuni kəsim yerindən ət alıb kağızını divardan asacaq və əvvəlki kimi könlü istəyən dönər satacaq”.

Seçilən
29
oxu24.com

1Mənbələr