Yevlaxda Qarabağ qazisinin heyvanları oğurlanıb.
Azmedia.Az-ın məlumatına görə hadisə, bu gün Xaldan qəsəbəsində baş verib.
Qeyd edək ki, bu heyvanlar Dövlət Məşğulluq Mərkəzi tərəfindən verilmiş xırda buynuzlu heyvanlardır.
Belə ki, uşaq bağçasından övladını götürmək üçün təsərrüfatından müvəqqəti ayrılan Mirzəyev Knyaz Rafik oğlu geri dönərkən, xırda buynuzlu heyvanlarından bir neçəsinin oğurlandığının şahidi olub və dərhal 102 qaynar xətt xidmətinə məlumat verib.
Qeyd edək ki, heyvanları oğurlanan Knyaz Mirzəyev 44 günlük Zəfər Yürüşünün qazisi və 3-cü dərəcəli əlildir.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov
Azmedia.Az