AZ

“Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgi açıldı

Oktyabrın 31-də Azərbaycan Milli Xalça Muzeyində Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgi açılıb.

Kulis.az xəbər verir ki, Yunus Əmrə İnstitutu və Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə türkiyəli 30 rəssamın bəşəriyyətin mühüm arxeoloji kəşflərindən olan Göbəklitəpəyə həsr etdikləri əsərlər yer alıb.

Sərginin kuratoru Siret Uyanık, layihənin məsləhət şurasının üzvləri professorlar Aydın Ayan, Alaybəy Karoğlu və Teymur Rzayevdir.

Sərgi noyabrın 6-dək davam edəcək.

Seçilən
38
kulis.az

1Mənbələr