AZ

Amazon-un gəliri və mənfəəti proqnozu üstələyib

Elektron ticarət nəhəngi Amazon şirkəti iyul-sentyabr dövrü üzrə balans hesabatını açıqlayıb.

Marja.az xəbər verir ki, şirkətin gəliri ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 158,9 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə şirkətin gəliri 143,1 milyard dollar olmuşdu.

Amazonun üçüncü rübdəki gəliri 157,2 milyard dollarlıq bazar proqnozunu üstələyib.

Şirkətin xalis mənfəəti bu dövrdə 55% artaraq 15,3 milyard dollara çatıb. Ötən ilin eyni dövründə Amazon-un xalis mənfəəti 9,9 milyard dollar təşkil etmişdi.

E-ticarət nəhənginin keçən ilin üçüncü rübündə 94 sent olan səhmbaşına mənfəəti bu ilin ikinci rübündə 1,43 dollara yüksəlib.

Amazon-un səhm üzrə mənfəətilə bağlı bazar proqnozu 1,14 dollar idi.

İlin dördüncü rübü üzrə proqnozlarını açıqlayan Amazon, bu rübdə gəlirinin 181,5 milyard dollar ilə 188,5 milyard dollar arasında olacağını gözlədiyini bildirib.

gəlir mənfəət amazon
Seçilən
35
20
marja.az

10Mənbələr