AZ

Elmin təsdiq edə bilmədiyi VARLIQ: Kainatın özü kimi MÜƏMMA – FOTO

Müdrik insanlar və alimlər arasında əsrlər boyu onun varlığına inananlar daha çox olsa da, elm hələ də onun varlığını tam təsdiq edə bilməyib. İntuisiya – latın sözü olub, qorunma, müdafiə olunma mənasını versə də, daha geniş anlam daşıyır. 6-cı hiss hesab edilən intuisiyanın varlığını bir çox alimlər hipoviz vəzi ilə bağlamağa çalışırlar. Bəziləri isə burnun ucundan başlayaraq, alnın ortasına doğru hələlik tam inkişaf etməmiş duyğu mərkəzinin olduğunu iddia edirlər.

Medium, baxıcı, ekstrasenslərdə hipoviz vəzinin daha çox inkişaf etdiyi ehtimal olunur. Paradoksal haldır ki, elmdə “inam” deyə bir şey olmasa da, elm adamları içərisində də mistikaya meyllilik, inam vardır. Bu, yəqin ki, insanın genetikası, bineyi-qədimdən genetikada gizlənmiş “yaddaş” ilə bağlıdır. Elmdə “kriptoteologiya” – gizlənmiş dini şüur adlı termin də var.

Nostradamus (1503-1566), bolqarıstanlı Vanqa nənə (1911-1996), amerikalı “yatan peyğənbər” E.Keysi (1877-1945), sovet vətəndaşları D.Cuna, Messinq və başqaları intuisiya baxımından ən inkişaf etmiş adamlar hesab olunublar.

12 yaşadək intuisiyanın güclü olduğu deyilir. Bu yaşdan sonra intuisiya əksər insanlarda əsasən zəifləməyə doğru gedir. Bu, belə izah olunur ki, başın ənsə sümüyü 7 yaşdan başlayaraq 12 yaşadək tam bərkidiyindən kosmosla əlaqə zəifləyir. Bu izah o qədər də inandırıcı deyil.. Digər bir izaha görə, 7 yaşadək insan öz yaşamı üçün ən mühüm bilgilərə, gündəlik həyat təcrübəsinə artıq sahib olduğundan, beyin bundan o yananı “görməyə ehtiyac duymur”.

Qeyd edək ki, 1989-cu ildə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahı yanında məxfi analitik idarəetmə mərkəzi yaradılmışdı. Özünü ekstrasens sayan şəxslər seçilərək buraya cəlb olunurdular. Vanqa nənə ilə də əlaqə yaradılmışdı. Əsas məqsəd Şimal yarımkürəsində NATO-nun və ABŞ-nin məxfi hərbi bazalarının yerini dəqiqləşdirmək idi. Sonralar etiraf olunmuşdu ki, Vanqanın dediklərinin 70 faizi düz çıxıb. O da məlum olmuşdu ki, bir çox ölkələr bu üsuldan istifadə ediblər, amma sovet dövləti gecikib.

O da bəllidir ki, R.Reyqan kimi L.İ.Brejnev də öz qərarlarını ekstrasenslə də məsləhətləşirmiş. Hətta, ekstrasens məsələsində dövlətlərarası siyasi manipulyasiyalar da var.

Elm, indi beynin fəaliyyətini kvant qaydaları ilə əsaslandırmağa çalışır. Bu isə o deməkdir ki, bu “sirli qutu” nədirsə, buradakı bütün müəmmalar axıradək çətin öyrəniləcək. Əslində, yaxşı ki, öyrənilmir, yoxsa başımızda turp əkərlər.

Biz öz fəaliyyətimizdə beyin məntiqinə əsaslansaq da, ürəyimizin səsinə – intuisiyamıza da qulaq asmalı oluruq. Bu, özünüqoruma instinktindən irəli gəlir. İstədik, ya istəmədik. Dünyanın, kainatın özü kimi, insan da müəmmalı bir dünyadır. Başdan ayağa sirr olan özünüzü – dünyanızı qoruyun!

Mahir BAYRAM

Seçilən
73
medianews.az

1Mənbələr