Cüdo üzrə dünya reytinqində bəzi dəyişikliklər olub.
İdman.biz xəbər verir ki, Azərbaycan cüdoçularının mövqeləri, əsasən, dəyişməz qalsa da, Murad Fətiyevin cədvəldə yüksəlməsi diqqət çəkir.
Abu-Dabidə keçirilən "Böyük Dəbilqə"nin bürünc mükafatçısı bu nəticədən dərhal sonra 9-cu yerə yüksəlib, indi isə 7-ci mövqedədir.
Elcan Hacıyev də iki pillə irəliləyib: olimpiya iştirakçısı 9-cudur.
Həmçinin Balabəy Ağayev (60 kq) və Zelim Tskayev (81 kq) 7-ci sırada, Uşanqi Kokauri (+100 kq) isə 10-cu yerdədir.
Liderlər dəyişməz qalıb: olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) cədvəldə ən üst mövqedədirlər.
İdman.biz