AZ

Ticarət İnformasiya Portalının 1 milyon manata yaradılacağı proqnozlaşdırılıb

Azərbaycanda “Ticarət İnformasiya Portalı”nın yaradılması ilə bağlı hazırlıqlara başlanılıb.

Bu barədə İqtisadiyyat.az İqtisadiyyat Nazirliyindən məlumat əldə edib.

Belə ki, portalın əsas strukturunun, zəruri modullarının hazırlanması işləri aparılacaq.

Nazirlik portalının yaradılması və digər əlaqədar xidmətlərin 972.910 manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, madeinazerbaijan.gov.az domeni ilə fəaliyyət göstərəcək portalda zəruri informasiyalar yerləşdiriləcək. İxracatçılar üçün məlumatlar əlçatan olacaq. Portala nəzarət Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) həvalə olunub.

Seçilən
48
iqtisadiyyat.az

1Mənbələr