İsrail Müdafiə Qüvvələrinin (IDF) oktyabrın 31-də Qəzza zolağında keçirdiyi əməliyyatlar ən azı 95 fələstinlinin ölümü ilə nəticələnib.
Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb . Onun sözlərinə görə, Qəzzanın şimalında çoxsaylı aviazərbələr nəticəsində azı 75 fələstinli, anklavın digər ərazilərində isə ən azı 20 nəfər həlak olub.
Daha əvvəl məlum olmuşdu ki, 2023-cü ilin oktyabrından Qəzza zolağında ölənlərin sayı 43 mini keçib , 101 mindən çox yaralı var.
DOĞRU.AZ