İspaniya Müdafiə Nazirliyi 2025-ci ildə Madriddə keçiriləcək 4-cü Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində (FEINDEF) İsrail şirkətlərin iştirakına icazə verilməyəcəyini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “cumhuriyet.com.tr” saytı xəbər paylaşıb.
Xəbərdə bildirlir ki, İspaniya Müdafiə Nazirliyinin dövlət katibi Amparo Valkarse verdiyi açıqlamada "Hər hansısa bir İsrail şirkətindən FEINDEF-də heç bir korporativ iştirak olmayacaq. İspaniya Fələstin və Livanda sülh və təhlükəsizliyə sadiqdir və beynəlxalq humanitar hüquqa hörmət edir. FEINDEF buna biganə qala bilməz" deyib.
Dünyanın ən əhəmiyyətli 10 müdafiə sərgisindən biri olduğu qeyd edilən FEINDEF-də 400-dən çox şirkətin iştirak edəcəyi açıqlanıb. Sərgi 12-14 may tarixlərində Madriddə keçiriləcək.
Bildirək ki, İordan çayının qərb sahilinə gedən beynəlxalq heyətdə Barselonanın keçmiş meri Ada Colau və Avropa Parlamentinin üzvü Jaume Asens də yer aldığı halda, İsrail əsgərləri zeytun toplamaq üçün bölgəyə gələn fələstinliləri müşayiət edən qrupa gözyaşardıcı qaz ataraq hücum etmişdi.