“Ukrayna hələ 2006-cı ildə Şimali Atlantika Alyansına qoşula bilərdi, lakin bir nüans buna mane oldu”.
Missiya.Az xarici KİV-ə istinadən xəvər verir ki, bu barədə 2000-2004-cü illərdə ABŞ dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi olmuş Stiv Pifer məlumat yayıb.
Onun sözlərinə görə, Ukraynanın o zamankı prezidenti Viktor Yuşşenko NATO-ya üzvlüklə bağlı fəaliyyət planının alınmasında israrlı idi.
“Lakin həmin zaman Ukraynanın baş naziri olan Viktor Yanukoviç buna qarşı çıxdı və Ukryananın NATO-ya üzv olmasının qarşısını aldı”, - deyə siyasətçi vurğulayıb.
Oifer qeyd edib ki, həmin vaxt Rusiya da buna etiraz etmirdi. Ancaq 2008-ci ildən başlayaraq Moskva Ukraynanın alyansa daxil olmasına qarşı etiraz etməyə başladı.
Daşqın HəsənovMissiya.Az