AZ

Nigeriyada təbii fəlakət nəticəsində 321 nəfər ölüb

Nigeriyada aylardır davam edən leysan yağışları nəticəsində meydana gələn daşqınlarda həyatını itirənlərin sayı 321-ə yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, Anambra qubernatoru Çukvuma Soludo paytaxt Abucadakı Prezident İqamətgahında keçirilən Milli İqtisadi Şuranın (NEC) iclasından sonra jurnalistlərə açıqlama verib.

Soludo aprel-oktyabr ayları arasında davam edən leysan yağışlar nəticəsində ölkənin 217 bölgəsində daşqınların baş verdiyini bildirib.

Seldə həyatını itirənlərin sayının 321-ə yüksəldiyini qeyd edən Soludo, 2 min 854 adamın da yaralandığını bildirib.

Seldən 1 milyon 300 mindən çox adamın zərər çəkdiyini bildirən Soludo, "Sellər səbəbilə 740 min 743 adam məcburi köçkün oldu, 281 min ev zərər gördü, 258 min ərazi su altında qaldı" deyib.

Qubernator Soludo, NEC-nin Su Təsərrüfatları və Kanalizasiya Nazirliyinə daşqınların dağıdıcı təsirini azaltmağa yönəlmiş bir addım olaraq ölkənin su yollarının və bəndlərinin vəziyyətinin hərtərəfli bütövlüyünə baxılmasına başlamaq üçün göstəriş verdiyini bildirdi.

Seçilən
18
cebheinfo.az

1Mənbələr