“Vətən naminə Tavuş” hərəkatının rəhbəri Baqrat Qalstanyan tibbi müayinədən keçmək üçün iki günlük Moskvaya gedəcək.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Yayılan söhbətlərə görə, səfərin məqsədi heç də müalicə deyil, bəzi Rusiya dairələri ilə görüşlərin keçirilməsidir.Yeri gəlmişkən, son vaxtlar müxalifət nümayəndələrinin Moskvaya səfərləri çoxalıb.
Kreml xüsusilə də Gürcüstandakı seçkilərdən sonra Ermənistana müəyyən maraq göstərməyə başlayıb. İndi Rusiyanın Azərbaycan və Gürcüstanla münasibətləri proporsional şəkildə inkişaf edir, Ermənistanla isə problemlər var”,-qəzet belə qeyd edir.
Qeyd edək ki, bir neçə aydır Baqrat Qalstanyanın səhhətində ciddi problemlər yarandığı bildirilir. Ona görə də arxiyepiskopun Moskvaya müalicə məqsədilə getdiyi daha inandırıcı görünür. Çox güman ki, Ermənistanda müalicəsi artıq mümkün olmayan Baqrat Rusiyaya yola düşməli olub.