Yaşayan qəhrəmanların fotoları məktənlərdə, universitetlərdə yapışdırılmalıdır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.
"Sərbəst güləşimiz niyə tənəzzülə getdi? Bu, legioner məsələsidir. Biz legionerlər üzərində qalanda belə uğursuzluqlar olur. Legioner bir neçə il iştirak edir, sonra gedir. Futbolda da belədir. Legionerlərin sayı məlumdur. Orta məktəblərə, universitetlərə baş çəkdik. Heç birinin girişində qızıl medal qazananların fotoları yoxdur. Şəhidlərimizin fotolarını qoyurlar. Bu əladır. Amma yaşayan qəhrəmanlarımızın şəkilləri yoxdur. Biz buna fikir verməliyik. Ona görə də gənclər "baboş"lara meyil edirlər",- o deyib.