ABŞ-nin 20-dən çox departamenti, agentliyi və təşkilatından olan dövlət nümayəndələri 11-22 noyabr tarixlərində COP-29 sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.
“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, ABŞ nümayəndə heyətinə prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta rəhbərlik edəcək.
ABŞ nümayəndə heyətinə aşağıdakı yüksək vəzifəli şəxslər daxildir:
- Tomas Vilsack - Kənd Təsərrüfatı naziri;
- Cennifer M. Qranholm -Enerji naziri;
- Əli Zaidi- Prezidentin köməkçisi və Ağ Evin Milli İqlim Müşaviri;
- Brenda Mallori - Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri;
- David Türk - Energetika nazirinin müavini;
- Laura Daniel-Devis - Daxili işlər nazirinin müavini;
- Ceyn Nişida - Ətraf Mühitin Mühafizəsi Agentliyinin müavini;
- Rik Spinrad – Ticarət Katibinin müavini;
- Bonni Cenkins - Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini.
Qeyd olunub ki, yuxarıda sadalananlara əlavə olaraq, ABŞ nümayəndə heyətinə iqlim dəyişikliyinin silahlı münaqişə, maliyyə, ərzaq təhlükəsizliyi, gender, qlobal sağlamlıq, ticarət və investisiya, gənclərlə bağlı məsələlər və digər rəsmilər də daxildir.
Xatırladaq ki, bu ilki nümayəndə heyətinə COP 28 (Dubay) və COP 27 (Misir) sərgilərində iştirak etmiş dövlət katibi Entoni Blinken və USAID rəhbəri Samanta Pauer daxil deyillər.
“AzPolitika.info”