Türkiyədə PKK-ya qarşı əməliyyatda 650 kq-dan çox partlayıcı ələ keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerrlikaya məlumat verib. Türkiyədə PKK-ya qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı 650 kq-dan çox partlayıcı ələ keçirilib.
Türkiyənin 11 vilayətində kürd hərbi-siyasi təşkilatı PKK-nın 37 sığınacağı və mağarası dağıdılıb.
Onun sözlərinə görə, əməliyyatlar zamanı 661 kq partlayıcı maddə və çoxlu sayda silah-sursat ələ keçirilib.
Xuraman Etibarlı
İnterpress.az