AZ

Milli Məclisin iclasında Baboşdan danışıldı

“Biz xeyli sayda orta məktəbə, universitetə baş çəkirik. Girişdə şəhidlərimizin şəklinin olması sevindiricidir”.

Sitat.info xəbər verir ki, bunu deputat, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

“Amma biz yaşayan qəhrəmanlarımızı nümunə göstərmirik. Ona görə də Baboşların, maboşların təbliğatı gedir.

Azərbaycanın bayrağının qaldıran hər bir şəxsin adı məktəbin, universitetin girişində olmalıdır. Biz buna diqqət etməliyik. Hacı Əliyev, Eldəniz kimi güləşçilərimiz var”, – deyə F.Mustafa qeyd edib.

Seçilən
28
sitat.info

1Mənbələr