AZ

“Xarıbülbül dastanı” tamaşası nümayiş olunub

Bakı şəhəri 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) pedaqoji heyəti və dərnək üzvlərinin hazırladığı “Xarıbülbül dastanı” tamaşası təqdim olunub.

8 Noyabr-Zəfər Gününə həsr olunan tamaşa Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində nümayiş etdirilib.

Vətən Müharibəsində şücaət göstərən igid oğulların qəhrəmanlıq hekayələri əsasında səhnələşdirilmiş tamaşanı Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin müdiri Elnur Əliyev, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilufər Rəhimova, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri,  şəhid ailələri, qazilər, müəllimlər və dərnək üzvləri izləyiblər.

Tamaşanın əsas məqsədi uşaqların dili ilə doğma torpaqların azadlığı üçün şücaətlər göstərən oğulların vətənpərvərliyini, mərdliyini və onların qorxmazlığını fərqli təqdimatda nümayiş etdirməkdən ibarətdir.

Qeyd edək ki, “Xarıbülbül dastanı” tamaşası 7 nömrəli UGİM-in pedaqoji heyəti, “Məktəb teatrı”, “Mahnı və vokal” və “Rəqs” dərnəklərinin üzvləri tərəfindən hazırlanıb. Tamaşada iştirak edən uşaqlar Bakı şəhəri 162, 51, 49, 159 və Laçın rayonu 40 nömrəli tam orta məktəblərin şagirdləridir.

Seçilən
43
2
veteninfo.az

3Mənbələr