"Araşdırdım və gördüm ki, Azərbaycanda həkim çatışmazlığı var".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Salahlı deyib.
Onun sözlərinə görə, Azərbaycanda həkimlər Türkiyəyə, Rusiyaya və başqa ölkələrə gedir ki, bunun da səbəbi nəvacibin həmin ölkələrdə çox olmasıdır.
"Rayonlarda mərkəzi xəstəxanalara gündə 1000-ə yaxın müraciət olunur. Bu xəstələr kimin üstünə getsin? Yaşı keçmiş həkimlərlə müqavilə bağlayırlar ki, qal işdə. Çünki həkim yoxdur", - deyə Səyyar Salahlı qeyd edib.
Mina Mikayılova