ABŞ prezidenti Co Bayden Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın tərəfdarlarını “zibil” adlandırıb. Daha sonra Ağ Evin Mətbuat Xidməti həmin ifadəni “tərəfdarın zibili” deyə təqdim edib. Lakin bu dəyişiklik Stenoqrafiya Ofisinin etirazına səbəb olub.AFN.az-ın xəbərinə görə, "Associated Press" adlarının açıqlanmasını istəməyən iki Ağ Ev rəsmilərinə istinadən bildirib ki, Stenoqrafiya Ofisi rəsmisinin Mətbuat İdarəsinin Baydenin nitq stenoqramında onların xəbəri olmadan etdiyi dəyişikliyi " protokol pozuntusu” adlandırıb.Elektron məktubda Ağ Evin Mətbuat Xidmətinin müstəqil olaraq stenoqramda dəyişiklik etmək səlahiyyətinin olmadığı vurğulanıb: “Milli arxivlərimizdə qeyd olunan Stenoqrafik Bürosunda bu stenoqram indi redaktə edilmiş versiyadan fərqlidir. Bu, mətbuat xidməti əməkdaşlarının səhvidir. Ağ Evin Mətbuat Xidməti Baydenin kobud səhvindən qurtulmaq üçün Stenoqrafiya İdarəsindən təsdiq almadan öz versiyalarını dərc edib. Halbuki təfsirdə fərq olarsa, Mətbuat Ofisi stenoqramı saxlamağı seçə bilər, lakin müstəqil olaraq redaktə edə bilməz. Təcililikdən asılı olmayaraq, transkriptlərimizin dəqiq və etibarlı olmasını təmin etmək üçün redaktə, təsdiq və buraxılış prosesləri boyunca ardıcıl protokola riayət etməyimiz çox vacibdir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta